“Neftçi”nin qadınlardan ibarət 3x3 basketbol komandası Çinin Şanxay şəhərində keçirilən Dünya Seriyasının mərhələsində növbəti məğlubiyyətini alıb.
90deqiqe.Az xəbər verir ki, “Neftçi” qrup mərhələsindəki ikinci oyununda Niderland təmsilçisi "Amsterdam" ilə üz-üzə gəlib.
Baş məşqçi Ratomir Deliçin rəhbərlik etdiyi kollektiv rəqibinə 15:18 hesabı ilə məğlub olub.
Qeyd edək ki, Bakı təmsilçisi günün ilk görüşündə Tayland komandasına 14:19 hesabı ilə uduzub. Bununla da “Neftçi” Şanxay mərhələsində çıxışını başa vurub.