İcbari Tibbi Sığortada (İTS) baş verən dəyişiklikdən sonra özəl klinikalara sığorta göndərişlərinin verilməsi dayandırıldığı barədə iddialara aydınlıq gətirilib.
Aznews.az xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirib ki, yayılan iddialar həqiqəti əks etdirmir:
"Dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan xidmətlər üçün özəl tibb müəssisələrinə göndəriş verilir. Göndərişlərin verilməsi əvvəlki qaydada davam etdirilir", - məlumatda vurğulanıb.
Qeyd edək ki, sosial mediada İcbari Tibbi Sığortada (İTS) baş verən dəyişiklikdən sonra özəl klinikalara sığorta göndərişlərinin verilməsi dayandırıldığı barədə iddialar yayılmışdı.