AZ

Londonda Starmer əleyhinə etiraz aksiyasında 11 nəfər saxlanılıb

ain.az, Bizim media saytına istinadən bildirir.

Böyük Britaniyada polis mayın 16-da Londonda keçirilən etiraz aksiyaları zamanı 11 nümayişçini saxlayıb.Bizim.Media xəbər verir ki, bu barədə TASS agentliyi “Skotlend-Yard”ın məlumatına istinadən xəbər verir.Nəşrdə bildirilir ki, saat 13:00-a (Bakı vaxtı ilə 16:00) olan məlumata görə, müxtəlif qayda pozuntularına görə 11 nəfər saxlanılıb.

 

Mayın 16-da Londonda eyni vaxtda iki etiraz aksiyası keçirilir. Hökumətə və Baş nazir Kir Starmerə qarşı çıxan minlərlə britaniyalı "Krallığı birləşdir" şüarı altında vətənpərvərlik yürüşünə qatılıb.

Digər etiraz aksiyasına isə Fələstini dəstəkləyən vətəndaşlar toplanıb. Hər iki yürüş üçün ayrıca marşrutlar müəyyən edilib və onların kəsişməsinə icazə verilmir.Hazırda "Krallığı birləşdir" aksiyasının iştirakçıları Starmerin iqamətgahı qarşısında mitinq təşkil ediblər.Bundan əvvəl Leyboristlər Partiyasını təmsil edən İcmalar Palatasının 60 deputatı açıq şəkildə Starmeri istefaya çağırıb.Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
1
bizim.media

2Mənbələr