AZ

AZAL Naxçıvana uçuşları təxirə saldı

Naxçıvan Beynəlxalq Aeroportunun yaxınlığında müşahidə olunan əlverişsiz hava şəraiti ilə əlaqədar "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) müvafiq istiqamətdə uçuşları təxirə salınıb.

Qaziler.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-dən bildirilib.

Məlumata əsasən, AZAL sərnişinlərin təhlükəsizliyini daim prioritet hesab edir və bütün zəruri tədbirləri həyata keçirir.

Hava şəraiti stabilləşdikdən sonra reyslər əvvəlki qaydada icra edilməyə davam edəcək.

Seçilən
23
39
qaziler.az

10Mənbələr