AZ

Arsenal onu hədəfə aldı

Qol.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Arsenal" onu hədəfə aldı

"Arsenal" klubu "Vest Hem"in yarımmüdafiəçisi Mateuş Fernandeşi hədəfə alıb.

QOL.az xəbər verir ki, jurnalist Əkrəm Konurun yaydığı məlumata görə, "topçular" 21 yaşlı portuqaliyalı futbolçunu heyətinə qatmaq üçün hərəkətə keçib. Bildirilir ki, paytaxt təmsilçisi bu transferlə mərkəz xəttindəki boşluğu doldurmaq və ümidləri tam doğrultmayan Kristian Norqoru əvəzləmək niyyətindədir.

Bununla yanaşı, "Vest Hem" rəhbərliyi gənc oyunçunun gedişindən maksimum maliyyə gəliri əldə etməyi hədəfləyir. Klub bu keçid üçün təqribən 100 milyon avro məbləğində təzminat tələb edir. Üstəlik, portuqaliyalı futbolçu ilə PSJ, "Atletiko" və "Mançester Yunayted" kimi Avropa nəhəngləri də maraqlanır.

Qeyd edək ki, Mateuş Fernandeş cari mövsümdə "Vest Hem"in heyətində bütün turnirlər daxil olmaqla 40 matçda iştirak edib. O, bu görüşlərdə rəqib qapılarına 5 yol tapıb və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
1
qol.az

2Mənbələr