AZ

Zarina Mirabdullayeva: Könüllülük cəmiyyətlərin həmrəyliyini gücləndirir

Bir-birinə dəstək olmaq və həmrəylik bir çox xalqların mədəniyyətində mühüm yer tutur və bu dəyərlər gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib.

“İki sahil” xəbər verir ki, bu fikirləri BMT Könüllüləri Proqramının (UNV) Avropa və Mərkəzi Asiya üzrə regional koordinatoru Zarina Mirabdullayeva Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının II Əməkdaşlıq Forumunda çıxışı zamanı səsləndirib.

O bildirib ki, çətin dövrlərdə insanların bir araya gəlməsi və bir-birinə dəstək göstərməsi cəmiyyətlərin dayanıqlığını gücləndirən əsas amillərdəndir.

“Könüllülük fəaliyyəti bizim üçün yad anlayış deyil. Bir çox mədəniyyətlərdə insanlar uşaqlıqdan bir-birinə yardım etməyi öyrənirlər və bu, həyat tərzinə çevrilir. İnsanlar təkbaşına edə bilmədikləri işləri birlikdə həyata keçirirlər”, – deyə Zarina Mirabdullayeva vurğulayıb.

UNV rəsmisi qeyd edib ki, bir çox gənc qərarvermə proseslərinə qoşulmazdan əvvəl könüllülük fəaliyyətində iştirak edir və qeyri-hökumət təşkilatları bu prosesdə mühüm rol oynayır.

O, Dünya Könüllülük Hesabatının son nəticələrinin könüllülərin qlobal miqyasda cəmiyyətlərin inkişafında nə qədər böyük rol oynadığını bir daha nümayiş etdirdiyini diqqətə çatdırıb.

Seçilən
2
2
ikisahil.az

3Mənbələr