AZ

İran bu ölkələrə xəbərdarlıq etdi

İran ali liderinin müşaviri Məhəmməd Möxbər Birləşmiş Ərəb Əmirliklərinə və Küveytə sərt xəbərdarlıq edib.

“Cebheinfo.az”-ın məlumatına görə, Möxbər adları çəkilən ərəb ölkələrini daha ağır zərbələrlə təhdid edib.

Onun sözlərinə görə, Tehran illərdir bu ölkələri dost və qardaş kimi qəbul edib. Lakin onlar öz suverenliklərindən faktiki olaraq imtina edərək ərazilərinin və infrastrukturlarının İran və Fələstinin əleyhdarlarının maraqları naminə istifadəsinə icazə veriblər.

“İslam Respublikasının son müharibə zamanı CENTCOM-un icarəyə götürdüyü forpostlarına cavabı tammiqyaslı olmayıb. Amma bu təmkin əbədi davam etməyəcək”, - deyə ali liderin müşaviri bəyan edib.

Seçilən
102
cebheinfo.az

1Mənbələr