AZ

Bu onillik fəlakətlər dövrünə çevrilir Modi

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Hindistanın baş naziri Narendra Modi son illərdə baş verən hadisələri “fəlakətlər onilliyi” adlandırıb.

Bizimyol.info xəbər verir ki, bu barədə o, beynəlxalq turu çərçivəsində səfərdə olduğu Haaqa şəhərində çıxışı zamanı bildirib.

“Bu gün insanlıq bir sıra ciddi problemlərlə üzləşir. Dünya yeni çağırışlarla qarşı-qarşıyadır. Əvvəl koronavirus pandemiyası baş verdi, sonra müharibələr alovlandı, indi isə enerji böhranı yaşanır. Bu onillik dünya üçün fəlakətlər onilliyinə çevrilir”, – deyə baş nazir bildirib.

Modi sürətlə həll olunmayan problemlərin qlobal inkişafın nailiyyətlərini təhlükəyə ata biləcəyinə diqqət çəkib. “Əgər vəziyyət tezliklə dəyişməsə, son onilliklərin nailiyyətləri itiriləcək və dünya əhalisinin böyük bir hissəsi yoxsulluqda boğulacaq”, – deyə o vurğulayıb.

İqtisadi dayanıqlığın gücləndirilməsi üçün qlobal səyləri qeyd edən Modi bildirib ki, Hindistan və Niderland etibarlı təchizat zəncirlərinin yaradılmasına birgə diqqət yetirir. “Belə dövrlərdə dünya dayanıqlı təchizat zənciri barədə danışır və buna nail olmaq üçün Hindistan və Niderland gələcəyə hazır, etibarlı və şəffaf təchizat zənciri yaratmaq üçün səylər göstərir”, – deyə o əlavə edib.

Hindistan hökumətinin başçısı 15 may tarixində beş ölkəni əhatə edən turuna başlayıb. O, artıq Birləşmiş Ərəb Əmirliklərini ziyarət edib. Niderland səfərindən sonra isə İsveç, Norveç və İtaliyaya gedəcək.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
43
icma.az

1Mənbələr