Idman.biz saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Almaniyanı təmsil edən peşəkar boksçu Viktor Yurk peşəkar karyerasının ən sürətli qələbəsini qazanıb.
İdman.Biz xəbər verir ki, Almaniyanın Manhaym şəhərindəki “SAP-Arena”da keçirilən döyüşdə o, kolumbiyalı Edvin Kastillonu ilk zərbə ilə nokauta salıb.
Məğlubedilməz alman boksçu qarşılaşmanın startından dərhal sonra endirdiyi sol qarmaq zərbəsi ilə rəqibini yerə sərib. Döyüş cəmi bir neçə saniyə davam edib.
Beləliklə, Yurkun peşəkar rinqdəki göstəricisi 14 döyüşdə 14 qələbəyə çatıb. Onlardan 12-si nokautla qeydə alınıb. Kastilyonun aktivində isə 13 qələbə və üç məğlubiyyət var.
İdman.Biz
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.