Lent az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Empatiya başqasının hisslərini anlamaq və ona şərik olmaq bacarığı, insanların ən çox dəyər verdiyi xüsusiyyətlərdən biridir. Bunun tam əksi isə emosional soyuqluq və laqeydlik hesab olunur.
Lent.az xəbər verir ki, mütəxəssislərin fikrincə, bəzi insanlar empatiya çatışmazlığını davranış və gündəlik ifadələri ilə büruzə verirlər.
Sosial münasibətlər üzrə mütəxəssis Zaida Slabbekurn emosional baxımdan soyuq insanların tez-tez istifadə etdiyi bəzi ifadələri açıqlayıb.
Bunu da keçirəcəksən
Belə insanlar qarşı tərəfin emosional vəziyyətini anlamaq əvəzinə, problemi kiçildərək onun hisslərini önəmsiz göstərməyə çalışırlar.
Bu mənim problemim deyil
Empatiyası zəif olan şəxslər adətən başqalarının problemlərindən uzaq dayanmağa üstünlük verirlər. Onlar çox vaxt təmənnasız kömək etmirlər.
Mən sadəcə məntiqlə düşünürəm
Məntiq problemlərin həllində vacib olsa da, bəzi insanlar bunu emosional məsuliyyətdən qaçmaq üçün istifadə edir. Onlar üçün haqlı olmaq, qarşı tərəfi anlamaqdan daha vacib görünür.
Bu onların işidir
Xidmət sahəsində çalışan insanlara qarşı laqeyd münasibət də empatiya çatışmazlığının əlamətlərindən biri hesab olunur. Belə şəxslər ofisiant, təmizlik işçisi və ya digər xidmət əməkdaşlarının işini yüngülləşdirmək üçün əlavə addım atmağa ehtiyac görmürlər.
Mən sənə heç nə borclu deyiləm
Bu ifadə daha çox yalnız öz maraqlarını düşünən insanlarda müşahidə olunur. Onlar münasibətlərdə qarşılıqlı dəstəyi və sosial bağlılığı ikinci plana atırlar.
Bu sənin öz seçimin idi
Empatiyası zəif olan insanlar başqalarının problemlərinə anlayış göstərmək əvəzinə, onları etdikləri seçimlərə görə günahlandırmağa meylli olurlar.
Heç nə şəxsi deyil, amma...
Bu cümlə çox vaxt qarşı tərəfi incidəcək fikrin başlanğıcı olur. Belə insanlar sərt və incidedici sözlərini sadəcə həqiqəti demək adı ilə əsaslandırmağa çalışırlar.
Psixoloqlar qeyd edirlər ki, bəzən insanlar stres, yorğunluq və ya şəxsi problemlər səbəbindən bu cür ifadələr işlədə bilər. Buna görə də bir neçə ifadəyə əsasən kimisə dərhal sosiopat və ya daşürəkli adlandırmaq düzgün hesab olunmur. Empatiya səviyyəsi insanın davranışlarının ümumi mənzərəsi ilə qiymətləndirilir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.