
Dünyanın ən böyük avtomobil istehsalçısı “Toyota”nın CUE7 robotu basketbolda cərimə atışları üzrə dünya rekordu vurub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Carscoops” nəşri məlumat yayıb.
Məlumata görə, CUE7 robotu ardıcıl 2020 cərimə atışını həyata keçirib.
2024-cü ildə isə CUE6 robotu məsafəyə görə rekord vurub. O , 24,55 metr (80,5 fut) məsafəyə atışla humanoid robot tərəfindən ən uzaq məsafəyə atış rekorduna imza atıb.
Nəşrin məlumatına görə, robot Tokiodakı “Toyota Arena”da keçirilən “Alvark Tokio” komandasının ev oyununda debüt edib.
Qeyd edək ki, robot avtomobil istehsalçısının CUE layihəsindəki ən son məhsuldur. O, basketbol topunu böyük dəqiqliklə basketbol səbətibə ata bilir. Başdan-ayağa saysız-hesabsız kamera və sensorlarla təchiz olunmuş robot ətraf mühiti dəqiq təhlil edə və topu hansı miqdarda qüvvə və trayektoriya ilə idarə edəcəyini müəyyən edə bilir.
Xatırladaq ki, CUE layihəsi 2017-ci ildə başlayıb. Hazırda “Toyota” Mühəndislik Cəmiyyətinin könüllüləri süni intellekti inkişaf etdirmək üçün onun üzərində işləyirlər. Robotun boyu 2,18 metr, çəkisi 74 kq-dır. Bir robotun təxminən 150 000 dollara başa gəldiyi təxmin edilir.
