"Barselona"nın futbolçusu Robert Levandovski cari mövsümün sonunda klubdan ayrılacağını açıqlayıb.
QOL.az xəbər verir ki, bu haqda 37 yaşlı hücumçu öz sosial şəbəkə hesablarında məlumat yayıb.
"Çətinliklər və zəhmətlə dolu 4 ildən sonra yeni bir yolda irəliləməyin vaxtıdır. Missiyamı yerinə yetirmiş kimi hiss edərək ayrılıram. Dörd mövsüm, 2 liqa titulu. İlk günlərdən azarkeşlərdən aldığım sevgini heç vaxt unutmayacağam. Kataloniya mənim evimdir. Bu 4 gözəl il ərzində tanış olduğum hər kəsə təşəkkür edirəm. Karyeramın ən inanılmaz fəslini yaşamaq imkanı verdiyi üçün "Barselona" prezidenti oan Laportaya minnətdaram. "Barselona" yenidən öz yerinə qayıtdı".
Levandovski 2022-ci ilin yayında "Barselona"ya qoşulub. Bu müddət ərzində forvard bütün yarışlarda 191 oyun keçirib, 119 qol vurub və 24 məhsuldar ötürmə edib.