AZ

Revanş üçün həyat yoldaşından icazə aldı

Ulduz ağırçəkili boksçu Derek Çisora peşəkar karyerasını davam etdirmək qərarı verib.

Publika.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.

Britaniyalı boksçu bildirib ki, “Bürünc bombardmançı” ləqəbli Uaylderlə revanş keçirməyi planlaşdırır və məhz bu qarşılaşma onun peşəkar rinqdə son döyüşü olacaq.

“Revanş üzərində işləyirəm. Həyat yoldaşım mənə yaşıl işıq yandırdı, ona görə də revanşa çıxacağam. Hələ bunu tam təsdiqləməmişəm. Qarşıda bir neçə görüşüm var, görək hər şey necə gedəcək.

Seçilən
98
publika.az

1Mənbələr