AZ

Böyük yaşıl Çin səddi

ain.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

1950-ci illərdə Çində urbanizasiya başlayandan sonra səhranın böyüməsi daha da sürətləndi. Qum fırtınaları torpağı dağıdır və qumluğa çevirirdi.

Bunun qarşısını almaq üçün 1978-ci ildə Çün xüsusi bioloji mühəndislik proqramına start verdi. “Böyük Yaşıl Sədd” adı ilə tanınan proqram 2050-ci ilə qədər Təklə-Məkan və Qobi səhralarının ətrafında milyardlarla ağacın əkilməsini nəzərdə tuturdu. Artıq proqram çərçivəsində 66 milyard ağac əkilib. Onların bəziləri hətta meyvə də verir. 2024-cü ildə Təklə-Məkanın bitkilərlə çevrələnməsi başa çatdı. Nəticədə səhranın böyüməsi dayandı və qum təpələrinin hərəkəti sabitləşdi. Ölkədə meşələrin sahəsi isə 1949-cu ildəki 10%-dən 25%-ə qədər yüksəldi.

Hazırda Təklə-Məkanın ərazisi atmosferə buraxdığı karbon qazından daha çoxunu udur. Yəni səhra havanı təmizləyən sahəyə dönüb. Tariyel Həsənov

AzVision.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
3
azvision.az

4Mənbələr