AZ

"Qarabağ" İsveç klubunun hücumçusunu transfer edir

İcarə əsasında Kiprin AEL klubunda çıxış edən Zakariya Savo karyerasını Azərbaycanda davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Qarabağ" qambiyalı forvardı transfer etmək istəyir. Bu barədə "aftonbladet.se" portalı məlumat yayıb.

Ağdam təmsilçisi Savonu heyətinə qatmaq üçün onun müqavilə ilə məxsus olduğu "Yurqorden"də danışıqlar aparır. "Qarabağ"ın 26 yaşlı futbolçu üçün İsveç klubu ilə razılıq əldə etməyə yaxın olduğu bildirilir.

Qeyd edək ki, Zakariya Savo bu ilin yanvarında AEL-ə icarəyə verilib. Qambiya millisinin üzvü Limassol təmsilçisinin heyətində meydana çıxdığı 22 rəsmi matçda 10 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Seçilən
16
sportal.az

1Mənbələr