Qol.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
DÇ-2026-ya bu heyətlə gedəcəklər
Tunis millisinin DÇ-2026 üçün heyəti açıqlanıb.
QOL.az xəbər verir ki, heyətə aşağıdakı oyunçular daxil edilib:
Qapıçılar: Aymen Damen ("Sfaxien"), Sabri Ben Hessen (Etoli du Sahel"), Abdelmouhib Şamax ("Klub Afrikan").
Müdafiəçilər: Yann Valeri ("Yanq Boyz"), Mutaz Neffati ("Norrköpinq"), Dilan Bronn ("Servette"), Raed Çikhaoui ("Monastir"), Montassar Talbi ("Loryan"), Adem Arus ("Kasımpaşa"), Ömər Rekik ("Maribor"), Əli Abdi ("Nitsa"), Mohamed Aminans ("Esperans").
Yarımmüdafiəçilər: Elyes Skiri ("Ayntraxt"), Anis Ben Slimane ("Norviç Siti"), Rani Xedira ("Union"), Mortada Ben Ouannes ("Kasımpaşa"), İsmayıl Qarbi ("Auqsburq"), Hadj Mahmud ("Luqano"), Hannibal Mejbri ("Bernli").
Hücumçular: Elias Saad ("Hannover"), Halil Ayari (PSJ), Elias Aşuri ("Kopenhagen"), Sebastian Tounekti ("Seltik"), Hazem Masturi ("Dinamo" Mahaçqala), Firas Şaouat ("Klub Afrika"), Rayan Ellumi ("Vankuver Uaytkeps").
Tunis millisi 2026-cı il dünya çempionatında F qrupunda Hollandiya, Yaponiya və İsveç komandaları ilə oynayacaq.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.