AZ

Avropada dərman qıtlığı başlaya bilər

“La Tribune”yazır ki,Avropanın əczaçılıq sənayesi üçün lazım olan maddələrin 80%-i Çindən və Hindistandan tədarük edilir. Orada isə neft və qaz təchizatı pozulduğuna görə qiymətlər kəskin qalxıb.

Bundan başqa, dərmanların bəzi komponentləri isə birbaşa Yaxın Şərqdən idxal olunur.

Yaxın Şərq ilə Asiya arasında aviasiya uçuşlarının sıxlığının azalması da qiymətlərə təsirini göstərib.

Dərman istehsal edən şirkətlər yeni tədarükçülər tapa bilərlər. Amma bu, son məhsulun qiymətinin qalxmasına səbəb olacaq.

“Coface” sığorta şirkətinin məlumatına görə, hazırda parasetamol və bir sıra antibiotiklərin ehtiyatı sürətlə azalmaqdadır.

Tariyel Həsənov
AzVision.az
Seçilən
15
azvision.az

1Mənbələr