Sumqayıt şəhərində ictimai nəqliyyatın yenilənməsi istiqamətində addımlar davam edir.
Ölkə.az xəbər verir ki, yaxın günlərdə şəhərə yeni avtobusların gətiriləcəyi bildirilir. Bu nəqliyyat vasitələrinin əsasən 12, 12A, 6, 22, 2, 3, 4, 9, 8, 18, 19, 17 və 27 nömrəli marşrut xətlərində istifadəyə verilməsi planlaşdırılır.
Məlumata görə, ilk mərhələdə 100 yeni avtobus sifariş edilib. Bundan əlavə, növbəti mərhələdə daha 100 avtobusun alınmasının nəzərdə tutulduğu qeyd olunur.