Yanğınsöndürənlər, jandarmeriya, tibb qrupları və Dövlət Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (AFAD) əməkdaşları fəlakət bölgəsinə göndərilib.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyənin Çorum vilayətinin Sunqurlu rayonunda baş verən güclü qasırğa Oyaca və Kavşut kəndlərinə ciddi ziyan vurub.
Şiddətli fırtına nəticəsində beş nəfər yaralanıb, evlərə ziyan dəyib, ağaclar və elektrik dirəkləri aşıb.
Fəlakət bölgəsinə yanğınsöndürənlər, jandarmeriya, tibb qrupları və Dövlət Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (AFAD) əməkdaşları göndərilib.
"Təəssüf ki, Oyaca kəndimizə dəyən ziyan çox böyükdür. Binaların 80%-i yaşayış üçün yararsızdır", - Çorum valisi Əli Çalqan zərər çəkmiş evlərə baxış keçirdikdən sonra bildirib.
O, əlavə edib ki, sakinlər başqa evlərdə və ya AFAD çadırlarında yerləşdiriləcəklər.