AZ

Sükan arxasında yatan sürücü ağır qəza törətdi – ANBAAN VİDEO

Türkiyənin Bursa şəhərində avtomobil sürücüsü sükan arxasında yuxuya gedərək nəzarəti itirib və park halında olan maşınlara çırpılıb.

Bizim.Media Türkiyə mediasına istinadla xəbər verir ki, hadisə mərkəzi Osmangazi rayonunun Demirtaş məhəlləsində baş verib.
 

Məlumata görə, kimliyi hələ müəyyən edilməyən sürücü sükan arxasında yuxulayıb və idarəetməni itirib. Nəticədə avtomobil yol kənarında dayanmış 4 maşına çırpılaraq dayana bilib. Qəza anı təhlükəsizlik kameraları tərəfindən anbaan lentə alınıb.


Qeyd edək ki, hadisədə xəsarət alan olmayıb, lakin avtomobillərə maddi ziyan dəyib. Hadisə ilə bağlı araşdırma aparılır.


Bizim.Media

Seçilən
9
1
bizim.media

10Mənbələr