AZ

Milli Macarıstanda iki qələbə qazandı

Footbal-plus saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Avropa Liqasına hazırlaşan qadın voleybolçulardan ibarət millimizin Macarıstandakı təlim-məşq toplanışı başa çatıb."Football-plus.az" xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.Bildirilib ki, hazırlıq prosesi çərçivəsində komanda Macarıstan yığması ilə birgə məşqlər edib, həmçinin iki yoxlama oyunu keçirib. Matçlar yığmamızın qələbəsi ilə (3:0, 3:1) yekunlaşıb. Hazırlığın növbəti mərhələsində komanda Macarıstandan Sloveniyaya yola düşüb və mayın 29-dək Maribor şəhərində təlim-məşq toplanışını davam etdirəcək. Burda da yoxlama oyunlarının keçirilməsi nəzərdə tutulur.Yığma Avropa Liqasındakı ilk oyunlarını Bakıda keçirəcək. İyunun 5-7-də baş tutacaq qarşılaşmalarda millinin rəqibləri İsveç və Estoniya seçmələri olacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
1
icma.az

2Mənbələr