AZ

​“İrana hücumlar qanuna ziddir” Pezeşkian Roma papasına məktub yazdı

ain.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İran Prezidenti Məsud Pezeşkian Papa XIV Leoya göndərdiyi məktubda İrana son hərbi hücumlar zamanı onun “mənəvi və məntiqli mövqeyini” yüksək dəyərləndirdiyini bildirib.

Prezident məktubunda yazıb ki, İrana qarşı baş verən son hərbi əməliyyatlar təkcə ölkəsinə deyil, həm də “beynəlxalq hüquqa və insan dəyərlərinə” zərbədir.

Pezeşkianın sözlərinə görə, İran “qanuni müdafiə” çərçivəsində hərəkət edir və “təcavüzkarların məqsədlərini və maraqlarını” hədəfə almağa davam edəcək.

O, İranın diplomatiya və sülh yolu ilə həll prinsiplərinə sadiq qaldığını qeyd edərək bildirib ki, beynəlxalq ictimaiyyət ABŞ-nin “qanunsuz tələbləri və təhlükəli siyasəti” qarşısında daha ədalətli mövqe sərgiləməlidir. 

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
41
azpolitika.info

1Mənbələr