AZ

Ekspert və DİM sədri yenə-üzə: “Nə ehtiyac var?”

“Məktəblərdə xarici dillərin tədrisində zaman-zaman problemlərlə üzləşirik. Hətta bəzi dövlət və özəl ali məktəblərdə xarici dilin tədrisi o qədər zəifləyib ki, məzunlar dil öyrənmək üçün kurslara getməli olurlar”.

Bu sözləri “Yeni Sabah”a təhsil eksperti Etibar Əliyev deyib.

O qeyd edib ki, Dövlət İmtahan Mərkəzinin (DİM) buraxəlış imtahanında 100 sözdən ibarət mətn tələbi başadüşülən deyil: pizza mizza

“Əvvəla, müasir dövrün mütəxəssisləri uşaqların sürətlə yazıdan uzaqlaşması barədə həyəcan təbili çalır. Şagirdlər arasında ciddi şəkildə savadlı yazı yazmaq problemi var.

Doğrudur, şagirdlərin yazı və özünü ifadə bacarıqlarını ölçmək vacibdir, amma indiki dövrdə imtahan yükü həddən çoxdur. Axı niyə məhz 100 sözdən ibarət mətn? Bu hansı bacarıqları ehtiva edə bilər? Orta məktəblərdə ingilis dilinin tədrisinə kifayət qədər saatlar verilir. Üstəlik, buraxılış və qəbul imtahanlarında da xarici dildən imtahan götürülməkdədir. Bu baxımdan, əlavə bacarıqlara nə ehtiyac var?

Orta məktəblərdə elə mühit yaratmaq lazımdır ki, şagirdlər xarici dildə mütaliə edə bilsin. Müxtəlif müəlliflərin kiçik həcmdə ingilis, yaxud digər xarici dillərdə mətnləri var. Belə mətn və hekayələri şagirdlərə oxutdurmaq olar. Lakin konkret imtahan yükünə əlavə olaraq xarici dildə mətn yazılmasını tələb etmə hər hansı bacarıqların ölçülməsinə xidmət göstərməyəcək”.

Xatırlatma: Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə buraxılış imtahanlarında xarici dildə 100 sözdən ibarət mətn yazmaq tələb olunacağını deyib. O əlavə edib ki, hazırda bu imtahanlarda 3 komponent, bacarıq yoxlanılır:

“Buraxılış imtahanlarında xarici dil üzrə hələ ki, danışıq bacarığının yoxlanılması tətbiq edilmir. Test blokunda oxuyub-anlama və dinləyib-anlamanı yoxlayan tapşırıqlar yer alır. Lakin növbəti mərhələlərdə danışıq qabiliyyətinin yoxlanılması ilə bağlı da dəyişikliklər ola bilər”.

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
15
3
yenisabah.az

4Mənbələr