AZ

Tramp Cinpin görüşündə İran razılaşması: Pekin Tehranı güdaza verdi?

ain.az, Bakupost portalına istinadən məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp Pekinə səfərdən sonra Çinə qarşı sanksiyaları ləğv etmək qərarına gəlib.

Xəbər verdiyimiz kimi, Ağ Evin mətbuat xidməti yaydığı məlumatda Trampın İrandan xam neft alan Çinin neft şirkətlərinə qarşı sanksiyaları ləğv etməyi düşündüyünü bildirib.

Burada qeyd edilir ki, Tramp Çin şirkətlərinin İran neftini almasına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını Çin lideri Si Cinpinlə müzakirə edib və yaxın gələcəkdə bununla bağlı qərar verəcək.

Aydın məsələdir ki, Tramp bu addımı heç də təkcə Çinə xoş gəlmək üçün atmayıb. Görünür, bunun əvəzində Pekin də ABŞ-yə hansısa məsələdə güzəştə gedib.

Siyasi şərhçi Elçin Xalidbəyli Bakupost.az-a bildirib ki, Trampın Pekinə səfəri çərçivəsində ABŞ ilə Çin arasında mövcud olan çoxsaylı problemlər müzakirə olunub: “Çin şirkətlərinə İran neftinin alınmasına qoyulan sanksiyaların götürülməsi müqabilində sözsüz ki, Pekin də qarşılıqlı güzəştə getməlidir. Əks halda Ağ Ev sahibi belə bir güzəştə getməzdi”.

Ekspertin fikrincə, Trampın Çinə etdiyi bu güzəşt Pekinin İrana hərbi yardım dəstəyini dayandırması fonunda mümkün ola bilər:

“Ola bilər ki, Çin İran neftini almağın əvəzində Tehrana hərbi yardımlar göstərməyəcəyilə bağlı zəmanət verib. Bəzi məlumatlara görə, Çin İrana hərbi texnika, kosmik müşahidə, kəşfiyyat məlumatları ötürür. Yəqin ki, Trampla görüşdən sonra Çin İrana daha belə bir dəstəyi verməyəcəyinə təminat verib. Əvəzində isə Ağ Ev sahibi də Çinə münasibətdə müəyyən güzəştlərə gedir”.

Həmsöhbətimizin sözlərinə görə, çox vektorlu oyun oynanılır və bu oyundan zərərlə çıxacaq ölkələr arasında İranla yanaşı Rusiya da yer ala bilər:

“Rusiya ilə bağlı müəyyən güzəştlərin edilməsi də mümkündür. Pekin Moskva ilə münasibətlərdə məsafənin əvvəlki tək saxlanılacağına təminat vermiş olar”.

Bu mənada həmsöhbətimiz hesab edir ki, Trampın səfərindən dərhal sonra Rusiya lideri Putinin də Çinə üz tutmaq qərarı heç də təsadüfi qərar təsiri bağışlamır:

“ABŞ-nin dövlət katibi Marko Rubio bu yaxınlarda Ukrayna savaşında vasitəçilik missiyasından çəkilmək niyyətini büruzə verib.

Bir sözlə, ABŞ Çindən öz istədiyini almalıdır ki, əvəzində də belə güzəştlərə getsin”.

Rüfət Sultan, BakuPost

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
www.bakupost.az

1Mənbələr