AZ

Yer üzünün cənnət guşələri Bu il istirahət üçün ən ideal 10 MƏKAN

Bizim media portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

BBC Travel 2026-cı ildə səyahət üçün ən yaxşı məkanların siyahısını açıqlayıb.Bizim.Media xəbər verir ki, siyahıda təbiəti, tarixi, və fərqli atmosferi ilə seçilən məkanlar yer alıb.Dünyanın müxtəlif ölkələrindən seçilən bu məkanlar həm xüsusi tədbirləri, həm də fərqli səyahət təcrübələri ilə 2026-cı ildə daha çox turist cəlb etməyə hazırlaşır. Siyahı hazırlanarkən təkcə təbiət və turizm yox, həm də həmin ölkələrdə keçiriləcək xüsusi tədbirlər, yubileylər və yeni turizm layihələri nəzərə alınıb.İlk 10-luqda yer alan məkanlar isə bunlardır:1) Abu Dabi, BƏƏ

Şəhər son illərdə təkcə dəbdəbəli istirahət mərkəzi kimi yox, həm də mədəniyyət və incəsənət mərkəzi kimi inkişaf edir. Burada yeni muzeylər, sərgilər və beynəlxalq tədbirlər turistlərin marağını artırır. Səhra turları, lüks hotellər və Formula 1 yarışları da şəhəri fərqləndirən əsas məqamlardandır.2) Əlcəzair

Uzun illər turizmdən kənarda qalan ölkə indi daha çox səyahətçinin diqqətini çəkir. Roma dövründən qalan tarixi abidələr, Aralıq dənizi sahilləri və Sahara səhrası Əlcəzairi fərqli istiqamətə çevirir. BBC ölkəni “kəşf edilməmiş xəzinə” kimi təqdim edib.3) Kolçaqua vadisi, ÇiliDünyanın ən məşhur şərab bölgələrindən biri hesab olunur. Burada turistlər həm üzüm bağlarını gəzə, həm də dağ və kənd mənzərələri fonunda sakit istirahət edə bilirlər. Son illər bölgədə lüks və ekoloji hotellərin sayı da artır.4) Kuk adalarıSakit okeanda yerləşən bu tropik adalar kütləvi turizmdən uzaq qalması ilə seçilir. BBC yazır ki, burada əsas üstünlük təmiz təbiət, sakit həyat və stresssiz istirahətdir. Mavi laqunlar və ağ qumlu çimərliklər turistlərin ən çox maraq göstərdiyi yerlərdir.5) Kosta RikaEkoturizmin ən məşhur ünvanlarından biri sayılır. Ölkə yağış meşələri, vulkanları və nadir heyvan növləri ilə tanınır. Burada turistlər həm macəra turları, həm də təbiətlə iç-içə sakit istirahət seçə bilirlər.6) Hebrid adaları, ŞotlandiyaŞotlandiyanın qərbində yerləşən bu adalar sakitliyi və təbii mənzərələri ilə məşhurdur. BBC xüsusilə burada avtomobildən uzaq, daha yavaş və sakit həyat tərzinin turistləri cəlb etdiyini vurğulayır. Bölgə həm də qədim kəndləri və okean mənzərələri ilə seçilir.7) İşikava, YaponiyaƏnənəvi yapon mədəniyyətini qoruyan bölgələrdən biridir. Burada qədim məbədlər, samuray küçələri və məşhur isti su hamamları yerləşir. 2024-cü ildə baş verən zəlzələdən sonra bölgənin yenidən turizmə açılması da diqqət çəkən məqamlardan biri olub.8) Komodo adaları, İndoneziya

Dünyaca məşhur Komodo əjdahalarının yaşadığı yer kimi tanınır. Son illərdə bölgədə təbiəti qorumaq üçün yeni qaydalar tətbiq olunur. BBC-yə görə, həm nadir canlıları görmək, həm də dalğıc və dəniz turizmi üçün ən maraqlı yerlərdən biridir.9) Loreto, Meksika

Kaliforniya körfəzinin sahilində yerləşən sakit turizm şəhəridir. Balina müşahidəsi, dəniz turları və təbiət parkları ilə seçilir. Bölgə xüsusilə böyük və səs-küylü kurortlardan uzaq istirahət axtaranlar üçün tövsiyə edilir.10) Monteneqro

Balkan ölkəsi olan Monteneqro 2026-cı ildə müstəqilliyinin 20 illiyini qeyd edəcək. BBC yazır ki, bu səbəbdən ölkədə müxtəlif festival və tədbirlərin keçirilməsi planlaşdırılır. Kotor körfəzi, Adriatik sahilləri və qədim şəhərləri ilə tanınan Monteneqro son illərdə Avropanın ən sürətlə populyarlaşan turizm istiqamətlərindən birinə çevrilib.Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
bizim.media

1Mənbələr