AZ

Bakıda diqqətçəkən nümunələr mövcuddur

17-22 may tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) BMT-nin Yeni Şəhər Gündəliyinin irəlilədilməsi üzrə konsensusun formalaşdırılması üçün həlledici məqam olacaq.

Publika.az xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudiya Rossbax Almaniyanın Leypsiq şəhərində keçirilən Beynəlxalq Nəqliyyat Forumu (ITF) çərçivəsində Trend-ə verdiyi müsahibədə deyib.

“Nazirlər bir araya gələcək və müzakirələrin yekunları əsasında Nyu-Yorkdakı siyasi diskussiyalara daxil ediləcəyinə ümid etdiyimiz yekun sənəd hazırlanacaq. Bundan əlavə, maraqlı tərəflər də var və Bakıdan fəaliyyətə çağırışın səsləndirilməsi gözlənilir ki, bu da həmin müzakirələrə daxil ediləcək”, – deyə o bildirib.

Rossbax Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumununun iyul ayında Nyu-Yorkda təqdim ediləcək BMT-nin Yeni Şəhər Gündəliyinin aralıq icmalının təqdim olunması ərəfəsində mühüm siyasi mərhələ olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu prosesə rəhbərlik edən həmsədrlər də şəxsən Bakıya gələcəklər ki, bu da görüşün qlobal şəhər siyasəti gündəmindəki əhəmiyyətini göstərir.

“Baş Assambleyanın sədri Polşa və Norveçi həmsədr qismində müəyyən edib – onlar bizimlə Bakıda olacaqlar. Hesab edirəm ki, nazirlər tərəfindən də çoxsaylı təkliflər səsləndiriləcək və bunlar düşüncə və təhlil prosesində nəzərə alınacaq: növbəti on il üçün prioritetlər nələrdən ibarətdir? Qarşıdakı on ildə nələr edə bilərik?” – deyə UN-Habitat rəhbəri bildirib.

Seçilən
48
publika.az

1Mənbələr