AZ

Trampdan Tayvana ağır zərbə-"Bizə arxalanıb müharibəyə girməyin, qorumayacağıq"

ABŞ Prezidenti Donald Tramp Çinlə mümkün hərbi münaqişə fonunda Tayvanı faktiki olaraq tək qoyacağı və adanın müstəqilliyini dəstəkməyəcəyi barədə dünyanı sarsıdacaq bəyanatlar verib.

Musavat.com xəbər verir ki, Tramp Tayvan rəhbərliyinin ABŞ-a arxalanaraq Çinlə qəsdən "müharibəyə girmək" istədiyini iddia edib. Müstəqillik elan etməyin çox riskli olduğunu vurğulayan ABŞ lideri, mövcud status-kvonun qorunmasının tərəfdarı olduğunu bildirib: "Onlar müstəqil olmaq istəyirlər, çünki müharibəyə girmək niyyətindədirlər və elə rəvan düşünürlər ki, ABŞ onların arxasındadır. Mən hər şeyin olduğu kimi qalmasını istərdim",-deyə Tramp vurğulayıb.

Çin sədri Si Çinpinlə keçirdiyi mühüm danışıqlardan sonra Tramp Tayvana silah tədarükü məsələsinin "hələlik pauzaya qoyulduğunu" da elan edib. Eyni zamanda, adada vəziyyətin olduqca gərgin olduğunu qəbul edən Ağ Ev rəhbəri, Tayvanın dünyaca məşhur çip istehsalçılarına açıq çağırış edərək, onları təcili olaraq istehsalatlarını Amerikaya, xüsusən də Arizonaya köçürməyə səsləyib. Trampın sözlərinə görə, ağıllı şirkətlər artıq ABŞ-da zavodlar tikir və onun prezidentlik müddətinin sonuna qədər ABŞ qlobal çip bazarının 40-50 faizinə nəzarət etməyi planlaşdırır. 

Musavat.com

Seçilən
47
musavat.com

1Mənbələr