AZ

PUTİNDƏN NÖVBƏTİ İRTİCAÇI QƏRAR Rusiya pasportları paylanacaq...

ain.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya postsovet ölkələrində separatizmi, millətlərarası ədavəti və münaqişələri alovlandırmaq siyasətindən əl çəkmir. “AzPolitika” xəbər verir ki, Rusiya mediasında Vladimir Putinin "Dnestryanı sakinlərinin Rusiya vətəndaşlığına qəbulu haqqında" yeni fərmanı dərc edilib.

Rəsmi hüquqi informasiya portalında dərc olunan sənəddə onun guya "insan və vətəndaş hüquq və azadlıqlarının qorunması məqsədilə, beynəlxalq hüququn ümumi qəbul edilmiş prinsipləri və normaları" əsasında qəbul edildiyi bildirilir.

Fərmana əsasən, onun qüvvəyə mindiyi tarixdən Dnestryanıda daimi yaşayan 18 yaşdan yuxarı vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər sadələşdirilmiş şəkildə Rusiya pasportu almaq hüququna malik olacaqlar. Bunun üçün standart tələblərə cavab verməyə ehtiyac olmayacaq.

Fərman həmçinin bölgənin yetkinlik yaşına çatmayan və fəaliyyət qabiliyyəti olmayan sakinlərinə vətəndaşlıq verilməsi qaydasını müəyyən edir. Rusiya pasportları üçün ərizələr təsdiq edilmiş formalardan istifadə edilərək Rusiya diplomatik nümayəndəliklərinə və ya konsulluq idarələrinə təqdim edilməlidir.

Bu addım açıq aydın Dnestryanının beynəlxalq hüquqla aid olduğu Moldovaya qarşı irtica və eləcə də işğal üçün əsas yaradan akt xarakteri daşıyır.

Qeyd edək ki, 2025-ci ilin yazında Putin eyni addımı Gürcüstana qarşı atıb. O, Abxaziya və Cənubi Osetiya sakinlərinin Rusiya vətəndaşlığını alma prosesini sadələşdirən oxşar bir fərman imzalayıb.

3 gün əvvəl - 13 mayda isə Dövlət Duması yekdilliklə (384 lehinə səs) ikinci və üçüncü oxunuşlarda Putinə "Rusiya vətəndaşlarının xaricdə, xüsusən də Rusiyanın tanımadığı məhkəmələr tərəfindən həbs olunması, saxlanılması, cinayət təqibi və ya digər təqiblər halında onları qorumaq" üçün ordunun yerləşdirilməsinə icazə verən qanunu qəbul edib. Beləliklə də Rusiya vətəndaşlığı amilindən istifadə edərək, xarici ölkəyə qarşı təcavüz üçün “hüquqi əsas” yaradılıb.

Dnestryanı (“Pridnestroviya Moldaviya Respublikası”) tanınmamış separatçı qurumdur. Bu ərazi Dnestr çayı ilə Ukrayna sərhədi arasındakı dar bir zolaqda yerləşir. Əhalisi təxminən 350.000 nəfər olmaqla, əsasən rusdillilərdir. Dnestryanı BMT-nin heç bir üzvü tərəfindən tanınmır, lakin Rusiya qoşunları 1992-ci ildən bəri onun ərazisində yerləşir. Region iqtisadi və siyasi cəhətdən Rusiyadan çox asılıdır və postsovet məkanında "dondurulmuş" münaqişələrdən biri olaraq qalır. Rusiyanın bu əraziyə yeganə çıxışı isə Moldova ərazisindən, hava yolu ilə mümkündür.

C.Məmmədli

“AzPolitika.info” 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
37
azpolitika.info

1Mənbələr