AZ

Cəbrayıl və Xocalıya növbəti köç karvanları yola salınıb

Ağdam. TurkicWorld:

Cəbrayıl rayonunun Şükürbəyli kəndinə və Xocalı rayonunun Badara, Təzəbinə, Xanyurdu, Xanabad, Ballıca və Daşbulaq kəndlərinə növbəti köç karvanları yola salınıb.

TurkicWorld-un Qarabağ bürosunun məlumatına görə, doğma yurdlarına qayıdanlar indiyədək respublikanın müxtəlif bölgələrində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşan ailələrdir.

Bu mərhələdə Cəbrayılın Şükürbəyli kəndinə 18 ailə olmaqla 77 nəfər köçürülüb. Xocalının Badara kəndinə 10 ailə - 33 nəfər, Təzəbinə kəndinə 10 ailə - 60 nəfər, Xanabad kəndinə 9 ailə - 33 nəfər, Ballıca kəndinə 4 ailə - 22 nəfər, Xanyurdu kəndinə 4 ailə - 18 nəfər, Daşbulaq kəndinə isə 4 ailə - 13 nəfər yola salınıb.

Seçilən
11
6
turkic.world

10Mənbələr