AZ

Fuad Zeynalov kikboksinq üzrə Dünya Kubokunun ikiqat qalibi olub - FOTOLAR

Dövlət Sərhəd Xidmətinin əməkdaşı, dünya və Avropa çempionu Fuad Zeynalov Türkiyənin Antalya şəhərində keçirilən kikboksinqin WAKO versiyası üzrə Dünya Kubokunda uğurla çıxış edib.

SİA xəbər verir ki, nüfuzlu turnirdə 45 ölkədən 3000-ə yaxın idmançı iştirak edib. Masterlər kateqoriyasında həm light contact, həm də kick light versiyalarında mübarizə aparan Fuad Zeynalov yüksək peşəkarlıq və əzmkarlıq nümayiş etdirib.

İdmançımız bir gün ərzində 6 döyüş keçirərək bütün rəqiblərinə qalib gəlib və iki qızıl medal qazanaraq Dünya Kubokunun ikiqat qalibi olub.

Qeyd edək ki, Fuad Zeynalov dünya və Avropa çempionu kimi Azərbaycan idmanının uğurlarına növbəti mühüm töhfəsini verib.

Bu möhtəşəm nailiyyət münasibətilə Fuad Zeynalovu təbrik edir, ona gələcək yarışlarda yeni uğurlar və parlaq qələbələr arzulayırıq.

Seçilən
13
sia.az

1Mənbələr