AZ

Güləş üzrə U 17 Avropa çempionatı: Tunar Həsənov 1/4 finalda, Elgün Kərimli inamlı qələbə qazandı YENİLƏNİR

Idman.biz saytına istinadən ain.az xəbər verir.

Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-17 Avropa çempionatı keçirilir.

İdman.Biz xəbər verir ki, bu gün baş tutan təsnifat mərhələsində 45 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz Tunar Həsənov Gürcüstan təmsilçisi Mkrtiç Canamyana 3:2 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib.

71 kiloqram çəki dərəcəsində çıxış edən Tunar Quliyev ilkin mərhələdə ermənistanlı Avetik Tutxalyana 2:15 hesabıyla məğlub olub. 92 kiloqramda mübarizə aparan təmsilçimiz Elgün Kərimli isə Ermənistan güləşçisi Artur Mkrtçyan üzərində 8:0 hesablı inamlı qələbə qazanaraq 1/4 finala vəsiqə əldə edib.

Bu mərhələdə digər təmsilçilərimiz Vahid Məmmədov (60kq) ispaniyalı Samvel Gorgyanla, İbrahim Həsənov (51 kq) ukraynalı Bohdan Kazakovla qarşılaşacaq.

Qeyd edək ki, yarış mayın 17-də başa çatacaq.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
icma.az

1Mənbələr