AZ

İran İsrail televiziyasının Ermənistan nümayəndəsinin çıxışını Azərbaycan bayrağı altında göstərməsindən bərk narahat olub

ain.az bildirir, Bizimyol portalına istinadən.

İranın Ermənistandakı səfirliyi İsrailin "Kan 11" televiziya kanalında "Avroviziya" mahnı müsabiqəsinin yayımlanması zamanı baş verən Ermənistan bayrağı insidentinə münasibət bildirib.

Bizimyol.info xəbər verir ki, səfirliyin "X" sosial şəbəkəsindəki açıqlamasında qeyd olunur: “Heç kəs Ermənistan bayrağı əvəzinə başqa bayraq göstərə bilməz. Ermənistan "tarixi sivilizasiyadır" və İran həmişə onu dəstəkləyib”.

Qeyd edək ki, əvvəlki gün Kan 11 kanalı yarımfinalın yayımlanması zamanı Ermənistan və Azərbaycanı eyni bayraq — Azərbaycan bayrağı altında göstərib.

Xatırladaq ki, ötən ay İrəvanda qondarma “erməni soyqırımı”nın ildönümü ilə bağlı keçilən yürüşdə Türkiyə və Azərbaycan dövlət bayrağına hörmətsizlik edilmişdi. Eləcə də, 2023-cü il 14 apreldə Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində ölkəmizə qarşı təxribat baş vermişdi. Bayraqların paradında Azərbaycan bayrağı zala gətirildikdən sonra əvvəldən hazırlıqlı olan Ermənistan vətəndaşı səhnəyə çıxaraq qızın əlindən milli simvolumuzu götürərək yandırmış və zaldan çıxarmışdı.

Nədənsə adi bir televiziya verilişinə görə yanıb yaxılan İran İslam Respublikası bu hadisələr zamanı səssiz qalmağa üstünlük verdi.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
57
bizimyol.info

1Mənbələr