“Neftçi”nin qadınlardan ibarət 3x3 basketbol komandası bu gün Çinin Şanxay şəhərində keçirilən Dünya Seriyasında mübarizəyə start verib.
Apasport.az xəbər verir ki, Ratomir Deliçin yetiemələri ilkin mərhələdə iki oyun keçirəcək.
“Ağ-qaralar” ilk görüşdə Tayland yığması ilə üz-üzə gəlib. Görüş rəqibin 19:14 hesablı qələbəsi ilə nəticələnib.
Komanda ikinci matçda isə Niderlandın “Amsterdam” klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, Dünya Seriyasının Şanxay mərhələsinə mayın 17-də yekun vurulacaq.
“Sabah” ardıcıl 4-cü dəfə ABL-in qalibi olub
“Sabah” növbəti çempionluğunu qazana bilər
“Sabah”dan növbəti qələbə
“Sabah” seriyaya qələbə ilə başladı
ABL: “Sabah”ın finaldakı rəqibi müəyyənləşdi