JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
Sea Breeze

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına Hərbi Liseydə “Şahin” hərbi-idman oyununun Bakı şəhər zona birinciliyinin final mərhələsi keçirilib.

Yarışın əsas məqsədi gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsi, onların hərbi xidmətə hazırlanması, fiziki hazırlıq səviyyəsinin artırılması və komanda daxilində çevik qərarvermə bacarıqlarının inkişaf etdirilməsi olub.

Tədbir Ümummilli Lider Heydər Əliyev və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, həmçinin Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Yarış zamanı müxtəlif məktəbləri təmsil edən 10–11-ci sinif şagirdləri hərbi-idman tapşırıqları üzrə öz bacarıqlarını nümayiş etdiriblər.

Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın yekununda Binəqədi rayonunu təmsil edən 300 saylı tam orta məktəbin komandası I yerə layiq görülərək kubok və fəxri fərmanlarla təltif olunub.

JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
ETX
ETX
ETX