AZ

“Shahed“lərin yeni taktikası: Kreml Ukraynanı gündüz terroruna keçirir “Business Insider“

ain.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

"Rusiya kütləvi pilotsuz hücumlarla həm Ukraynanın HHM sistemini tükəndirməyə, həm də şəhərlərdə psixoloji gərginliyi artırmağa çalışır..."

Rusiya Ukraynaya qarşı "Shahed" tipli kamikadze dronlardan istifadə taktikasını dəyişməyə başlayıb.

Moderator.az xəbər verir ki, bu barədə "Business Insider" nəşri yazıb.

Saatlarla davam edən hücumlar

Nəşr yazır ki, əgər əvvəllər əsas hücumlar gecə saatlarında həyata keçirilirdisə, indi pilotsuz aparatların gündüz saatlarında da ardıcıl şəkildə tətbiqi müşahidə olunur. Kreml bununla Ukraynanı uzunmüddətli tükəndirmə müharibəsinə sürükləməyə çalışır.

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, cəmi iki gün ərzində Rusiya Ukrayna ərazisinə 1567 pilotsuz aparat və 56 raket buraxıb. Onun sözlərinə görə, "praktiki olaraq fasiləsiz" davam edən bu hücumlar müharibənin başlanğıcından bəri ən güclü zərbələrdən biri olub.

Ukraynalı analitik İqor Anoxin hesab edir ki, Moskva yeni əməliyyat modelinə keçir. Ekspertin fikrincə, 2026-cı ildə artıq beşinci dəfədir ki, Rusiya uzunmüddətli raket və dron dalğalarından istifadə edir. Martın sonunda 24 saat ərzində minə yaxın pilotsuz aparat buraxılmışdı, apreldə isə hücumlar 32 saatdan çox davam edib.

"Əsas məqsəd psixoloji təzyiqdir"

Analitiklərin qənaətinə görə, Moskvanın məqsədi təkcə hərbi obyektləri vurmaq deyil. Yeni taktika əhalini daim gərginlik altında saxlamağa hesablanıb. Anoxin bildirir ki, Kreml Ukrayna şəhərlərini saatlarla hava həyəcanı rejimində saxlamağa, mülki həyatın normal axarını pozmağa və enerji infrastrukturu üzərində təzyiq yaratmağa çalışır.

Son hücumlar zamanı Kiyev sakinləri saatlarla sığınacaqlarda qalmağa məcbur olub, dron hücumlarından sonra paytaxta raket zərbələri də endirilib. Zelenskinin sözlərinə görə, Ukrayna HHM qüvvələri rus dronlarının təxminən 93 faizini məhv edə bilib. Bununla belə, raketlərin yalnız 73 faizinin qarşısını almaq mümkün olub. Son məlumatlara əsasən, hücumlar nəticəsində 24 nəfər həlak olub, onlarla insan yaralanıb.

Kreml HHM sistemini yükləməyə çalışır

Hərbi ekspertlər bildirirlər ki, ucuz pilotsuz aparatlarla həyata keçirilən kütləvi hücumlar Ukraynanın hava hücumundan müdafiə sisteminə ciddi yük yaradır. Ukrayna zərbələrin qarşısını almaq üçün mobil pulemyot qrupları, radioelektron mübarizə vasitələri, interseptor dronlar və bahalı HHM raketlərindən istifadə edir.

Avropa Siyasi Analiz Mərkəzinin tədqiqatçısı Federiko Borsari hesab edir ki, gündüz hücumlarının başqa məqsədi də var. Onun fikrincə, Rusiya ilk növbədə Ukraynanın mobil atəş qruplarını, HHM qurğularını və digər strateji hərbi obyektləri müəyyən etməyə çalışır. Bəzi saxta hədəf dronlarının xüsusi sensorlarla təchiz olunduğu və HHM sistemlərini aşkarlamaq üçün istifadə edildiyi bildirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
1
moderator.az

2Mənbələr