AZ

Malinovski Türkiyə klubuna keçir

style='margin-bottom:10px;'>

“Cenoa”nın yarımmüdafiəçisi Ruslan Malinovski Türkiyənin “Trabzonspor” klubuna keçir.

QOL.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

33 yaşlı yarımmüdafiəçinin Trabzon təmsilçisinə azad agent kimi keçəcəyi bildirilib.

Ukrayna millisinin üzvü bu mıvsüm "Cenua"da 33 oyunda 6 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun müqaviləsi 2026-cı ilin yayına qədərdir. Transfermarkt-ın məlumatına görə, Malinovskinin bazar dəyəri 2,5 milyon avrodur.

Seçilən
16
1
teleqraf.com

2Mənbələr