AZ

Bakı tıxaclarının iqtisadiyyata gündəlik təsiri nə qədərdir?

Cebheinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakıda tıxac problemi artıq yalnız nəqliyyat məsələsi deyil, həm də ciddi iqtisadi yükə çevrilib.

Günün gur saatlarında küçə və prospektlərdə yaranan uzunmüddətli sıxlıq minlərlə insanın vaxt itkisinə, əlavə yanacaq sərfiyyatına və iş prosesində gecikmələrə səbəb olur.

Xüsusilə paytaxtda avtomobil sayının artması, ictimai nəqliyyatın bəzi istiqamətlərdə yetərsiz qalması və iş yerlərinin əsasən mərkəzdə cəmlənməsi tıxacların miqyasını daha da böyüdür.

Tıxacların iqtisadi təsiri yalnız sürücülərin əlavə xərc çəkməsi ilə məhdudlaşmır. Saatlarla yolda qalan insanlar iş vaxtını itirir, logistika və çatdırılma xidmətlərində gecikmələr yaranır, nəticədə biznes subyektlərinin məhsuldarlığı aşağı düşür.

Eyni zamanda, avtomobillərin sıx hərəkəti yanacaq sərfiyyatını artırır ki, bu da həm vətəndaş büdcəsinə, həm də ümumi iqtisadiyyata əlavə yük yaradır.

Bəs Bakıda uzunmüddətli tıxaclar gündəlik iqtisadiyyata nə qədər zərər vurur və bu problemin biznes mühitinə real təsirləri nədən ibarətdir?

Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nasirli “Cebheinfo.az”-a bildirib ki, Bakıda tıxacların gündəlik iqtisadi zərəri böyükdür:

“Şəhərdə intensiv avtomobil hərəkətinin olması və infrastrukturun bəzən bu yükə tam cavab verə bilməməsi tıxacları qarışdırır. Yanacaq sərfiyyatı tıxaclar zamanı əhəmiyyətli dərəcədə artır. Avtomobillər sıxlıqda sərf və ya az sürətlə hərəkət edərkən, yanacaq istehlakı normal şəraitdən 20-30 faiz daha çox olur.

Bu da sürücülər üçün əlavə xərcləri və dövlət büdcəsinə vergi itkilərini nəticələndirir. Vaxt itkisi də çox ciddi məsələdir. Orta hesabla, Bakıda tıxaclı səbəbdən işçilər və sürücülər gündəlik bir neçə saat vaxt itirirlər.

Bu itirdikləri vaxtı faydalı işlərə sərf etməyə bilən şəxslər, həmin dövrdə əlavə gəlir əldə edə bilərlər. Deməli, vaxt itikliyi həm fərdi, həm də milli iqtisadiyyat üçün itki yaradır.

Biznes fəaliyyətində tıxaclar ciddi maneələr yaradır. Xüsusən, çatdırılma xidmətləri ilə məşğul olan müəssisələr tıxaclar səbəbindən dövrü artır və xərcləri yüksəlir.

Bu da məhsulun qiymətinin artmasına səbəb olur. E-ticarət, qida çatdırılması və kuryer xidmətləri kimi sənayeler əsasən tıxaclardan təsirlənir. Məhsuldarlıq azalır, çünki işçilər vaxtında iş yerinə çata bilmirlər və ya çox vaxt hərəkətdə keçirirlər.

Sağlamlıq sektoru da tıxaclardan ziyan görür. Təcili tibb maşınları tıxaclar səbəbindən xəstələrə vaxtında çata bilməyə bilərlər ki, bu da ciddi nəticələrə səbəb ola biləri. Həmçinin, hava çirklənməsi tıxaclarla birbaşa bağlıdır. Avtomobil emissiyaları şəhər havası çirkirləndirdiyində, sağlamlıq xərclərində artım yaranır”.

Ekspert qeyd edir ki, təxminən, Bakıdakı tıxaclar iqtisadiyyata gündəlik bir neçə milyon manat zərər vurması mümkündür, lakin dəqiq rəqəmlər düzgün tədqiqatla müəyyənləşdirilə bilər.

Aişə Abdulova

“Cebheinfo.az”

Açar sözlər:

tıxac Akif Nəsirli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
48
1
cebheinfo.az

2Mənbələr