AZ

Fuad Məmmədov: Azərbaycan türk dövlətləri ilə ikitərəfli və çoxtərəfli əsasda birgə qrant müsabiqələri elan etməyə hazırdır

Bakı, 16,may, AZƏRTAC

Azərbaycanın QHT Agentliyi son yeddi ay ərzində ikinci dəfə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumunun təşkilatçısı olmaqdan şərəf duyur. Minnətdarıq ki, platformaya ilk rəhbərlik Azərbaycana həvalə edilib. Platformanın daimi qərargahı Bakı şəhərində yerləşir.

AZƏRTAC xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının II Əməkdaşlıq Forumunda çıxış edən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri Fuad Məmmədov bildirib.

Müşahidə Şurasının sədri vurğulayıb ki, bu gün Türk dünyası yüksəliş dövrünü yaşayır və qarşıda yeni imkanlar, geniş əməkdaşlıq perspektivləri açılır.

“Sülh, təhlükəsizlik, sabitlik və tərəqqi ideyalarına sadiq olan dost və qardaş xalqlarımızı ortaq etnik köklər, tarix, dil, mədəniyyət, ənənələr və dəyərlər birləşdirir. Azərbaycan türk dövlətləri ilə ikitərəfli və çoxtərəfli əsasda QHT-lər üçün birgə qrant müsabiqələri elan etməyə hazırdır. Bu istiqamətdə təşəbbüsləri müzakirə etməyə və qısa müddətdə bu işi təşkil etməyə hazırıq. Birgə qrant müsabiqələrində mexanizm heç də mürəkkəb deyil. Tərəflər öz yerli normativ qaydalarına uyğun olaraq müsabiqəni təşkil edir, QHT-lər qarşısında isə layihələrin müvafiq tərəfdaş ölkədə həyata keçirilməsi şərti qoyulur”, - deyə Fuad Məmmədov bildirib.

Müxbir - Səbinə Əlizadə
Fotoqraf - Azər İbrahimov
Seçilən
39
1
azertag.az

2Mənbələr