AZ

Uçqun baş verən Lahıc-İsmayıllı yolunda SON VƏZİYYƏT

Xəbər verdiyimiz kimi, axşam saat 06.00 radələrində iri qaya parçası dağdan qoparaq yola düşməsi səbəbində Lahıc-İsmayıllı yolu bağlanıb. Nəticədə bir qəsəbə və 12 kəndin rayonla əlaqəsi kəsilib.
 

MÖVZU İLƏ BAĞLI: 

Lahıc-İsmayıllı yolunda UÇQUN – Hərəkət dayandı – VİDEO


İsmayıllıda baş verən uçqunla bağlı Bizim Media-nın Aran bürosunun sorğusuna cavab olaraq AAYDA-dən bildirilib ki, Lahıc–Burovdal avtomobil yolunun 17 və 17,2-ci kilometrlik hissələrində qaya uçqunu baş verib:

“Hadisədən dərhal sonra əraziyə agentliyin əməkdaşları və xüsusi texnikalar cəlb olunub. Gecə boyu yolun hərəkət hissəsinin qaya parçalarından təmizlənməsi işləri aparılıb və hazırda da davam etdirilir. Uçqun baş verən ərazilərdən birində təmizləmə işləri artıq yekunlaşıb, digər hissədə isə işlərin yaxın saatlarda başa çatdırılması planlaşdırılır”.

Bizim.Media, Aran bürosu

Seçilən
36
1
bizim.media

2Mənbələr