AZ

Gəncədə yük maşının qoşqusu aşdı - Qum yola dağıldı

Gəncədə yol nəqliyyat hadisəsi  olub.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Atabəylər prospektində baş verib. Belə ki, qumla dolu KAMAZ markalı yük maşını hərəkətdə olan zaman yolun yoxuş hissəsinə qalxan zaman onun qoşqusu aşıb. Bu zaman Kamazın qoşqu yerində olan qum yolun hərəkət hissəsinə dağılıb. Nəticədə prospektdə avtomobillərin hərəkətində çətinliklər yaranıb.

Dərhal əraziyə adiyyatı qurumların əməkdaşları cəlb edilib. Prospketdə avtomobillərin hərəkəti qısa müddət ərazində bərpa ediilib.

Hazırda baş verən hadisə ilə bağlı araşdırma aparılır.

Tural Əhmədov

Seçilən
14
1
unikal.az

2Mənbələr