BAKI, 16 may. TELEQRAF
Rusiya hava hücumundan müdafiə sistemləri iki saat ərzində ölkə regionları və Azov dənizi üzərində 13 Ukrayna pilotsuz uçuş aparatını (PUA) ələ keçirərək məhv edib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Hadisə mayın 16-da Bakı vaxtı ilə saat 08:00-dan 10:00-dək qeydə alınıb.
"HHM sistemləri Belqorod, Voronej, Kaluqa, Orel, Ryazan və Tula vilayətləri, Krasnodar diyarı, Krım Respublikası və Azov dənizi üzərində 13 Ukrayna pilotsuz uçuş aparatını ələ keçirərək məhv edib", – məlumatda qeyd olunub.