AZ

Rəşad Sadıqov büdcədən narazılıq edir, amma heyətdə “artıq ət” var

Footbal-plus portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Rəşad Sadıqov kubokun finalındakı məğlubiyyətdən sonra bir qədər üstüörtülü şəkildə də olsa, büdcənin azlığının uğurlu nəticəyə təsir etdiyini gizlətmədi (“başa düşməliyik ki, titul qazanmaq üçün daha çox şeyə ehtiyac var”).Bəli, “Zirə”nin büdcəsi “Sabah”, “Qarabağ”, “Neftçi”, hətta “Turan Tovuz” ilə müqayisədə azdı, buna şübhə yoxdu. Amma lazım olmayan futbolçular da var axı.Namik Ələskərovla Eldar Quliyevin bu komandada nə işi var? Namik sonuncu dəfə 10-cu turda meydana çıxıb, mövsüm ərzində cəmi 275 dəqiqə meydanda olub, Eldar isə 95 dəqiqə. Belə futbolçuların məhdud büdcəli klubda Faydalı İş Əmsalını hesablamaq olarmı? Olmaz, çünki yoxdu.Namiklə Eldarın əvəzinə keyfiyyətli futbolçu transfer etmək olardı. Amma hələ də gec deyil. Bunlar gələn mövsüm komandadan mütləq şəkildə göndərilməli olan futbolçulardı.MÜZƏFFƏR QULUZADƏ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
2
icma.az

3Mənbələr