AZ

İngiltərə klubu casusluq edib?

Footbal-plus saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İngiltərə futbolunda qalmaqal kimi də dəyərləndirilən hadisə baş verib. “Sauthempton” casusluqda ittiham olunur. "Football-plus.az" xəbər verir ki, bu hal ölkə çempionatının çempionşip adlanan 2-ci divizionunun pley-off mərhələsinin finalı ərəfəsində yaşanıb. Qeyd edək ki, premyer-liqaya çıxacaq komandanın müəyyənləşəcəyi finalda “Sauthempton”la “Hall Siti” qarşılaşacaq. Lakin yarımfinalda “Sauthempton”a uduzan “Midlsbro” rəqibini casusluqda ittiham etməklə “müqəddəslər”in cəzalanmasına çalışır. Məlumata görə, komandalar arasında keçirilən ilk oyundan əvvəl “Midlsbro”nun məşq bazasında gizli şəkildə çəkiliş aparan şəxs saxlanılıb. Həmin şəxsin məşqi izləyərək videoya çəkdiyi bildirilir.Məsələ ilə bağlı müstəqil komissiyanın iclası mayın 19-na qədər keçirilməlidi. Dəqiq tarix hələ müəyyənləşməyib. İngiltərə Futbol Liqası prosesə birbaşa müdaxilə edə bilmədiyi üçün finalın taleyi intizam işinin nəticəsindən asılı olacaq. İlkin plana əsasən, pley-offun həlledici oyunu mayın 23-də keçirilməlidi. Bununla yanaşı, qurum azarkeşlərə matçın tarixində dəyişiklik ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
1
icma.az

2Mənbələr