AZ

Yaponiyada AES dən radioaktiv maddə SIZIB

Baku.ws portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Yaponiyanın "Onaqava" Atom Elektrik Stansiyasının ikinci enerji blokunda radioaktiv buxar sızması qeydə alınıb və blokun fəaliyyəti dayandırılıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə stansiyanın operatoru olan "Tohoku Electric Power" məlumat yayıb.

Şirkətin açıqlamasında bildirilir ki, hadisə yerli vaxtla saat 05:15-də baş verib.

"Onaqava Atom Elektrik Stansiyasının 2-ci enerji blokunda, nəzarət olunan zonanın zirzəmi mərtəbəsində yerləşən kondensator otağından az miqdarda radioaktiv buxarın ayrıldığı müəyyən edilib", – məlumatda deyilir.

Operatorun sözlərinə görə, drenaj lyuku ilə birləşdirilmiş klapan bərkidilsə də, buxarın çıxışı dayanmayıb. Bundan sonra reaktor dayandırılıb və klapan yoxlanışa göndərilib.

Şirkət hadisənin zəlzələ ilə əlaqəli olmadığını bildirib. Hazırda insidentin səbəbləri araşdırılır.

Qeyd olunub ki, baş verən sızma ətraf mühitdə radioaktiv çirklənməyə səbəb olmayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
29
1
baku.ws

2Mənbələr