Gununsesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Bakı Apellyasiya Məhkəməsində həbsdə olan ictimai fəal Əhməd Məmmədlinin barəsindəki hökmdən verdiyi şikayəti təmin etməyib.
Gununsesi.info-nun xəbərinə görə, fəal məhkəmədən ona bəraət verilməsi, bu olmazsa, səhhəti ilə əlaqədar ev dustaqlığına buraxılması barədə vəsatət verib.
Ə.Məmmədli çıxışında ona qarşı olan ittiham barədə sübutların olmadığını əlavə edib.
“Əvvəlki məhkəmə instansiyaları ittiham aktını araşdırmayıb. Nə bıçaq bilinir hardadır, nə də ortada hansısa qan izləri var. Mən necə bıçaqla xəsarət yetirmişəm ki, ortada qan izi yoxdur”, – deyə sual edib.
Daha sonra vəkil Elçin Sadıqov çıxış edərək ittiham aktındakı digər ziddiyətli məqamları məhkəmənin diqqətinə çatdırıb.
Buna baxmayaraq, məhkəmə kollegiyası hökmü qüvvədə saxlayıb.
Günay
Gununsesi.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.