AZ

Türkiyə nəhəngi portuqaliyalı mütəxəssisə illik 15 milyon avro maaş təklif edəcək

ain.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2Əl-Nəsr"in baş məşqçisi Jorje Jesusun cari mövsümün sonunda komandadan ayrılmaq ehtimalı yüksəkdir. Sport24.az Portuqaliyanın "A Bola" qəzetinə istinadən xəbər verir ki, 71 yaşlı mütəxəssis artıq klub rəhbərliyini qərarı barədə məlumatlandırıb.

Mənbənin sözlərinə görə, Jesus Səudiyyə Ərəbistanında karyerasını başa vurmaq və başqa ölkədən gələn təklifləri nəzərdən keçirmək niyyətindədir. Ancaq mövsümün sonuna kimi heç bir klubla danışıqlar aparmaq istəmir. Portuqaliyalı mütəxəssisin hazırda bütün fikrini "Əl-Nəsr"lə çempion olmağa yönəlib.

Bu arada, Jesusun mayın sonunda Lissabonda "Fənərbaxça" nümayəndələri ilə görüşü planlaşdırılır. Türkiyə klubu məşqçiyə mövsümdə təxminən 15 milyon avro maaşla müqavilə təklif etməyə hazırdır - bu, onun məşqçilik karyerasının ən böyük razılaşması ola bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
68
sport24.az

1Mənbələr