ain.az, Bizimyol portalına istinadən məlumat yayır.
ABŞ-ın Hörmüz boğazına nəzarət etdiyi ilə bağlı açıqlamaları əsasən daxili auditoriyaya yönəlib və Vaşinqton bununla enerji daşıyıcılarının qiymətlərini tənzimləməyə çalışır.
Bizimyol.info xəbər verir ki, bu fikri İranın Belarusdakı səfiri Əlirza Sənai Rusiya mətbuatına müsahibəsində bildirib.
Diplomatın sözlərinə görə, ABŞ mediası vasitəsilə “nəzarətin onların əlində olduğu” barədə məlumatların yayılması daha çox ölkədaxili məqsədlərə xidmət edir: “Bu, yanacaq, enerji resursları və neftin qiymətlərini nəzarətdə saxlamaq cəhdidir”, - deyə səfir bildirib.
Səfir qeyd edib ki, ABŞ hakimiyyəti Hörmüz boğazına faktiki nəzarətin İranda olduğunu yaxşı bilir. Onun sözlərinə görə, Donald Tramp və Amerika rəsmilərinin bəyanatları enerji bazarına psixoloji təsir göstərmək məqsədi daşıyır.
Əlirza Sənai əlavə edib ki, müharibədən əvvəl ABŞ-ın Kaliforniya ştatında bir qallon (təxminən 3,79 litr) benzinin qiyməti 2,4 dollar olduğu halda, hazırda bu rəqəm 5–6,5 dollar arasında dəyişir. ABŞ-da yanacaq qiymətlərini izləyən internet resurslarının məlumatına əsasən, Kaliforniyada benzinin orta qiyməti hazırda bir qallon üçün təxminən 6,3 dollar təşkil edir.
Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.