AZ

Tramp ən təhlükəli terrorçulardan birinin zərərsizləşdirildiyini bildirib

BAKI,TurkicWorld

ABŞ Prezidenti Donald Tramp Afrika qitəsində fəaliyyət göstərən İŞİD liderlərindən birinin məhv edildiyini açıqlayıb.

TurkicWorld xəbər verir ki, o, bununla bağlı paylaşımı "Truth Social" sosial şəbəkəsində edib.

Trampın sözlərinə görə, onun tapşırığı əsasında ABŞ hərbçiləri Nigeriya Silahlı Qüvvələri ilə birlikdə Əbu Bilal əl-Minukiyə qarşı xüsusi əməliyyat həyata keçiriblər.

"Bu axşam cəsur Amerika hərbçiləri və Nigeriya ordusu dünyanın ən fəal terrorçularından biri hesab olunan Əbu Bilal əl-Minukinin zərərsizləşdirilməsi üzrə mürəkkəb və dəqiq planlaşdırılmış əməliyyatı uğurla icra etdi", - deyə ABŞ Prezidenti qeyd edib.

O bildirib ki, ABŞ kəşfiyyatı terrorçunun Afrika regionundakı fəaliyyəti barədə davamlı məlumat əldə edib və onun aradan götürülməsi İŞİD-in bölgədəki imkanlarına ciddi zərbə vurub.

Tramp əlavə edib ki, Əbu Bilal əl-Minuki artıq nə Afrika ölkələrinin əhalisi üçün təhlükə yaradacaq, nə də ABŞ vətəndaşlarına qarşı planlaşdırılan terror əməliyyatlarında iştirak edə biləcək.

ABŞ Prezidenti əməliyyat zamanı göstərilən dəstəyə görə Nigeriya hökumətinə təşəkkürünü də ifadə edib.

Seçilən
16
turkic.world

1Mənbələr