AZ

Ukrayna müharibəsi belə başa çatacaq Proqnoz

ain.az bildirir, Axar.az portalına istinadən.

Ukraynada müharibənin, böyük ehtimalla, SSRİ ilə Finlandiya arasında II Dünya müharibəsinin yekunlarına əsasən, bağlanan sülh müqaviləsinə bənzər ssenari üzrə başa çatacağı bildirilir.

Axar.az xəbər verir ki, bu proqnozu ABŞ-ın ən böyük bankı olan “JPMorgan Chase” analitikləri hazırlayıblar.

Amerikalı analitiklərin fikrincə, müharibənin nəticəsi danışıqlar masası arxasında müəyyən olunacaq, çünki cəbhədə vəziyyət getdikcə strateji baxımdan ciddi irəliləyişlərin olmadığı çıxılmaz vəziyyəti xatırladır.

“JPMorgan Chase” analitikləri hesab edirlər ki, müəyyən kompromis əldə oluna bilər və bu çərçivədə Ukrayna hərbi neytrallığa və hərbi potensialının məhdudlaşdırılmasına razılaşacaq. Kremldə bunu öz qələbələri kimi təqdim edəcəklər, baxmayaraq ki, Moskvanın əvvəlcə ümid etdiyi Ukraynanın tam kapitulyasiyası baş verməyəcək.

Bu ssenarini amerikalı analitiklər birbaşa Finlandiyanın tarixi təcrübəsi ilə müqayisə edirlər. Finlandiya SSRİ ilə müharibədən sonra ərazisinin 10%-ni və hərbi ittifaqlara qoşulmaq imkanını itirmişdi, lakin demokratik sistemini, bazar iqtisadiyyatını və Qərblə ticarət əlaqələrini qoruyub saxlamışdı. Ukrayna ilə bağlı ssenaridə isə bu, Avropa Birliyinə tədrici inteqrasiya demək ola bilər, lakin NATO-ya üzvlük yolu, açıq qalsa belə, çox uzaq perspektivdə mümkün görünür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
2
axar.az

3Mənbələr