AZ

"Siti" Holannın əvəzləyicisini İtaliyada tapdı

"Mançester Siti" hücum xəttini gücləndirmək üçün hərəkətə keçib. Metbuat.az xəbər verir ki, "şəhərlilər" Erlinq Holannın komandadan mümkün ayrılıq ehtimalını nəzərə alaraq İtaliyanın "İnter" klubunun ulduz forvardı Lautaro Martineslə ciddi şəkildə maraqlanmağa başlayıb.Mançester təmsilçisinin baş məşqçisi Pep Qvardiolanın argentinalı hücumçunun oyun üslubunu bəyəndiyi və rəhbərlikdən bu transferin reallaşdırılmasını istədiyi bildirilir. "İnter" klubu isə kapitanını asanlıqla buraxmaq niyyətində deyil. Milan təmsilçisi 28 yaşlı qol maşını üçün minimum 110 milyon avro tələb edir.

"Mançester Siti"nin cari mövsümün sonunda rəsmi təkliflə İtaliya klubunun qapısını döyəcəyi və transfer siyahısında Lautaronun bir nömrəli hədəf olduğu iddia edilir.

Seçilən
48
metbuat.az

1Mənbələr